Məhsulla bağlı narazılıq yarandıqda şirkət sizə məhsulu geri qaytarma hüququ təqdim edir. Geri qaytarma şərtləri ilə aşağıda tanış ola bilərsiniz.
Geri qaytarma qeyd olunan hallarda keçərlidir:
- Məhsulun dəyərinin ödənilməsini təsdiq edən kassa qəbzi mövcuddursa
- Məhsulun komplektasiyası tam yerindədirsə
___________________________________________________________________________________________
Qaytarma proseduru
- Oyuncaq malların, batareyasız malların yoxlanılması malın alındığı mağazada əməkdaş tərəfindən həyata keçirilir. Qüsur yerində təsdiqlənə bilsə, təsdiqləmə prosesindən sonra məhsul yenisi ilə əvəz olunur və ya məbləğ geri qaytarılır.
- Elektron məhsullar, Park maşınları, Scooterlər, E-bikelar, Velosipedlər, Dronlar, Pultlu maşınlar, Uşaq arabaları (kolyaskalar) 20 manatdan yuxarı batareyalı məhsullar məhsul ekspertizadan keçmək üçün servis xidmətinə göndərilməlidir. Servis xidmətində baxış və ekspertiza rəyi 3 gün ərzində müştəriyə elektron qaydada və ya zənglə bildirilir. Bəzi hallarda bu müddət uzana bilər.
____________________________________________________________________________________________
Ödəmə proseduru
- Müştəriyə bonus kartına qayıtdığını yoxlamaq
- Nağd şəkildə ödəniş olunubsa kassadan nağd şəkildə ödəniş geri qaytarılır
- Əgər müştəri ödənişi nağdsız şəkildə ödəyibsə ödəniş müştərinin kart hesabına bank tərfindən göndərilir. Əgər müştəri kartı ilə terminal eyni bankdırsa 3 gün ərzində pul avtomatik şəkildə müştərinin hesabını qayıdacaq. Əgər müştərinin kartının aid olduğu bankla terminal bankı fərqlidirsə bu müddət 14 günə kimi uzana bilər.
Qeyd: Casback kartı ilə alınan mallar dəyişdirilmir və geri qaytarılmır.* Bunun üçün bonus kartla satış zamanı müştəriyə məlumat verilməlidir. Və yaxşı olar ki, bunun üçüb bir blank tərtib olunsun və müştəriyə imza atdırılsın.