Kredit Şərtləri

Ferrum Kapital

Bank olmayan kredit təşkilatı

 

Kredit müddəti

  360 AZN-dək alış-verişdə: 3-6 ay

  360 AZN-dən yuxarı alış-verişdə isə: 3-18 ay

 

Müraciət etmək üçün lazımdır:

 1. Etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqəsi

 2. Müştəriyə aid aktiv mobil nömrə

 3. Məhsul və məbləğin dəqiq olması

 4. 360 AZN üzəri alış-verişdə iş yeri tələb olunur.

 

Müraciət edə bilməz:

 1. Naxçıvan qeydiyyatı olan müştərilər

 2. Özünəməxsus mobil nömrəsi olmayan müştərilər

 3. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən müştərilər

 4. 20 yaşdan az yaşı olan müştərilər

 5. 70 yaşdan çox yaşı olan müştərilər

 

Online müraciət:

 Online kreditə müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin önünün və arxasının şəkli ilə aktiv mobil nömrəsi tələb olunur. Məhsul seçimi dəqiq olmalıdır.

 Kreditə online müraciət edən müştərinin məlumatları alınaraq sistemə daxil edilir. Sistemə daxil edilən müraciət təhlil edilərək, 24 saat ərzində nəticələnir.

 Kredit təsdiqləndikdən sonra müştərinin istəyinə uyğun olaraq (mağazadan götürmə və ya çatdırılma ilə) məhsullar təhvil verilir. Məhsulları təhvil alarkən, müqavilə   imzalanmalıdır.

 

Mağaza müraciəti:

 Mağazaya yaxınlaşaraq kreditə müraciət edən müştəri egov, mkr və məlumat blankını doldurur və şəxsiyyət vəsiqəsi təqdim edilir. Məhsul seçimi dəqiq olmalıdır.

 Mağazada gözləyərək kreditə müraciət edən müştərinin krediti 20-25 dəqiqə ərzində təhlil olunması üçün sistemə daxil edilir. Kredit müraciəti 1 saat ərzində nəticələnir.

 Təsdiqləndikdən sonra müştəri müqaviləni imzalayaraq, məhsulu əldə edir.

 

Üstünlüklər

 Onlayn müraciət və rəsmiləşmə mövcuddur.

 İlkin ödəniş tələb olunmur.

 İş yerindən arayış tələb olunmur.

 Evdar xanımlar, iş yeri olmayanlar da 360 AZN-dək alış-verişdə kreditə müraciət edə bilər.

Prepared by  T-Soft E-Commerce.