Ferrum Kapital
Bank olmayan kredit təşkilatı
Kredit müddəti
360 AZN-dək alış-verişdə: 3-6 ay
360 AZN-dən yuxarı alış-verişdə isə: 3-18 ay
Müraciət etmək üçün lazımdır:
1. Etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqəsi
2. Müştəriyə aid aktiv mobil nömrə
3. Məhsul və məbləğin dəqiq olması
4. 360 AZN üzəri alış-verişdə iş yeri tələb olunur.
Müraciət edə bilməz:
1. Naxçıvan qeydiyyatı olan müştərilər (İstisna: Bu qayda Naxçıvan qeydiyyatında olub Bakı və ya digər bölgələrdə yaşayan şəxslərə aid deyil.)
2. Özünəməxsus mobil nömrəsi olmayan müştərilər
3. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən müştərilər
4. 20 yaşdan az yaşı olan müştərilər
5. 70 yaşdan çox yaşı olan müştərilər
Online müraciət:
Online kreditə müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin önünün və arxasının şəkli ilə aktiv mobil nömrəsi tələb olunur. Məhsul seçimi dəqiq olmalıdır.
Kreditə online müraciət edən müştərinin məlumatları alınaraq sistemə daxil edilir. Sistemə daxil edilən müraciət təhlil edilərək, 24 saat ərzində nəticələnir.
Kredit təsdiqləndikdən sonra müştərinin istəyinə uyğun olaraq (mağazadan götürmə və ya çatdırılma ilə) məhsullar təhvil verilir. Məhsulları təhvil alarkən, müqavilə imzalanmalıdır.
Mağaza müraciəti:
Mağazaya yaxınlaşaraq kreditə müraciət edən müştəri egov, mkr və məlumat blankını doldurur və şəxsiyyət vəsiqəsi təqdim edilir. Məhsul seçimi dəqiq olmalıdır.
Mağazada gözləyərək kreditə müraciət edən müştərinin krediti 20-25 dəqiqə ərzində təhlil olunması üçün sistemə daxil edilir. Kredit müraciəti 1 saat ərzində nəticələnir.
Təsdiqləndikdən sonra müştəri müqaviləni imzalayaraq, məhsulu əldə edir.
Üstünlüklər
Onlayn müraciət və rəsmiləşmə mövcuddur.
İlkin ödəniş tələb olunmur.
İş yerindən arayış tələb olunmur.
Evdar xanımlar, iş yeri olmayanlar da 360 AZN-dək alış-verişdə kreditə müraciət edə bilər.