Məhsul haqqında: Araba tənzimlənərək 2 fərqli vəziyyətdə istifadə edilə bilir: uzanma və oturma, 5 nöqtəli kəməri var, ön təkərlər 360 fırlanır, termo çantası və səbəti mövcuddur, tutacaqları ekodəridir, qış üçün çexolu mövcuddur. Tutacaq valideynə uyğun tənzimlənə bilir, təkərlər çıxarılıb yerinə salına bilir. Arabanın çətirinin içi və yan hissələri döşəməlidir. Altda geniş səbəti var. Arxa hissədə əyləci var. Arabanın çərçivəsi alüminiumdan hazırlanmışdır.