Məhsul haqqında: Araba tənzimlənərək 2 fərqli vəziyyətdə istifadə edilə bilir, uzanma və oturaq, 5 nöqtəli kəməri var, çamadan kimi yığılır, daşınması rahatdır, Ön təkərlər 360° fırlanır, tutacaqları ekodəridir. 6 aya qədər beşik formasında istifadə olunur, lakin 6 aydan sonra uşaq arabası artıq oturacaq formasına çevrilir. 0-6 ay valideynə baxacaq şəkildə istifadə edilir, 6 aydan sonra körpə ətraf mühitlə tanış olur. Altda geniş səbəti var. Çətir genişlənə bilir, arxa, ön tutacağı ekodəridir. Yüksək səviyyədə amartizator sistemi mövcuddur, həm şəhərdaxili, həm də yolsuzluq şəraitində istifadə edilir.