Məhsul haqqında: Araba tənzimlənərək 2 fərqli vəziyyətdə istifadə edilə bilir: uzanma və oturma, 5 nöqtəli kəməri var, ön təkərlər 360° fırlanır, səbəti mövcuddur. Arxa hissədə əyləci var. Arabanın çərçivəsi alüminiumdan hazırlanmışdır. Kitab şəklində yığılır, çəkisi çox yüngüldür. Yağışlıq mövcuddur. Xüsusi çantası var, arabanı çantaya yerləşdirib daşımaq mümkündür. Yüngül olduğu üçün səyahətə rahatlıqla aparmaq olar.