Çatdırılma

Məhsulları evdən çıxmadan, onlayn sifariş edərək əldə edə bilərsiniz. İstənilən məhsul üzrə şəhərdaxili və bölgələrə çatdırılma xidmətimiz mövcuddur. Bakı ərazisində yaşayırsınızsa, qapıya çatdırılma xidmətimizdən faydalana bilərsiniz.

50-100AZN arası alış-verişlər üçün şəhərdaxili və bölgələrə çatdırılma 5AZN, 100-150AZN üçün 10 azn, 150AZN-dən yuxarı məbləğ üçün isə 15AZN-ə qədər şirkət tərəfindən qarşılanır. Lakin istisna hallar vardır ki, ərazidən və məsafədən asılı olaraq çatdırılma məbləği müştəri tərəfindən də ödənilə bilər.

Animatorla Çatdırılma

Balacaları sevindirmək məqsədilə animatorla çatdırılma xidmətimizi sizlərə təklif edirik. Uşaqlara aldığınız hədiyyəni cizgi film qəhrəmanları vasitəsi ilə təqdim edərək əyləndirə və yaddaqalan anlar yarada bilərsiniz. Sifariş edərkən çatdırılmanın animatorla olacağını qeyd etmək mütləqdir.

Ödəmə

Ödəmənin asanlığını təmin etmək üçün sizə fərqli ödəniş üsulları təklif edirik:

-Kreditlə
-Taksitlə
-Köçürmə yolu ilə
-Sayt üzərindən

İstədiyiniz yolla ödəmənizi reallaşdıra bilərsiniz.