blog_img
28 - 03 - 2024
Beynəlxalq Oyuncaq Sərgisi (28-30 mart)

uBeynəlxalq Oyuncaq Sərgisi 28-30 mart tarixlərində Bakı Ekspo Mərkəzində keçirildi. Bir çox xarici və yerli şirkətin iştirak etdiyi sərgidə SuperToys şirkəti də öz yerini aldı. Stenddə əyləncəli oyunlar, hədiyyəli yarışmalar keçirildi. Gələn qonaqlara endirimli kuponlar və sevimli hədiyyələr verildi. Eyni zamanda, animatorlarımız qonaqlarla rəqs etdi və onları əyləndirdi. Sərgidə Supertoys brendinə məxsus atraksionlar da quraşdırılmışdı. Gələn uşaqlar oyuncaq məhsulları ilə tanış olub, atraksionlarda əyləndilər. Həmçinin Milli Azərbaycan brendi olan İsmayıllı zavodunda istehsal olunan Toba velosipedləri sərgidə nümayiş etdirildi. Xarici şirkətlərə Azərbaycanın velosiped brendi haqqında geniş məlumat verildi. Gələn qonaqlar milli velosiped modelləri ilə tanış oldular.  

 

https://www.youtube.com/watch?v=OnaweHwml9U&t=8s