Oyun 54 taxta blokdan ibarətdir. Hər mərtəbə 3 blok olmaqla 18 mərtəbəli bir qüllə düzəldilir. Zərlər atılır, hansı şəkil düşsə barmaq vasitəsi ilə çıxarılıb ən üstdə olan daşın əksinə qoyulur. Jenqanın bu versiyasında həm əllə, həm də çəkicin köməyi ilə daşları çıxara bilərsiz. Dəstin içərisinə heyvanları öyrənmək üçün şəkilli kartlar da daxildir.