Dağ velosipedi

Dağ velosipedi cığırlar, dağlar, meşələr və digər təbii mühitlər kimi torpaq səthi daşlı, çınqıllı olan ərazilərdə istifadə edilmək üçün nəzərdə tutulan nəqliyyat növüdür. Bu velosipedlər xüsusi şəkildə dizayn edilmişdir ki, həmin kobud ərazilərdə idarə etmək rahat və asan olsun. Bu velosipedlər digər modellərlə müqayisədə daha ağır və təkərləri daha qalın olur. Supertoys mağazalarında satışda olan bu nəqliyyat növü münasib qiymətə təklif olunur. Eyni zamanda kredit yolu ilə də bu velosipedlərə sahib ola bilərsiniz. 

 

 

 

Dağ velosipedi satışda

Dağ velosipedi sərt ərazilərdə və çətin şərtlərdə idarə etmək üçün nəzərdə tutulduğundan, qiymət baxımından digər modellərlə müqayisədə daha yüksək məbləğə təklif olunur. Bu velosipedlər möhkəm materiallardan hazırlanılır. Təkərlər daha qalın və keyfiyyətli, çərçivəsi adətən alüminium, karbon lifi və ya poladdan hazırlanır. Aksesuar olaraq bir çox modellərdə işıqlar, qanadlar, velosiped kompüteri, su şüşəsi qəfəsləri və velosiped çantası və ya avadanlıq daşımaq üçün rəf kimi bölmələr əlavə olunur. Dağ velosipedi modellərə tanış olaraq seçim edə bilərsiniz.