Yumşaq oyuncaqlar uşağın emosional inkişafında mühüm rol oynayır. Onlar uşaqlarda təhlükəsizlik və rahatlıq hissi yaradır , emosional bağ qurmağa imkan verir və stresi azaldır . Uşaq yumşaq oyuncağını bir dost kimi görür, onunla hisslərini paylaşır və təsəvvür gücünü inkişaf etdirir. Bu cür oyuncaqlar empatiya , şəfqət və yaradıcılıq bacarıqlarının formalaşmasına dəstək olur. Supertoys mağazalarında uşaqlar üçün fərqli yumşaq oyuncaq modelləri təqdim olunur – həm keyfiyyətli, həm də emosional baxımdan faydalı seçimlərlə.
Yuxular insanın şüuraltında olan düşüncələri, hissləri və gündəlik həyatında baş verən hadisələrin əksidir. Yuxuda çoxlu oyuncaq görmək , adətən, sevinc, uşaqlıq nostaljisi, rahatlıq və arzularla bağlıdır . Bəzi hallarda isə bu yuxu insanın hazırkı psixoloji vəziyyəti və gələcək planları haqqında mesajlar verə bilər . Bu blog yazısında, yuxuda çoxlu oyuncaq görməyin mənalarını , onun psixoloji və dini yozumlarını , eləcə də həyatınıza necə təsir edə biləcəyini araşdıracağıq.
SuperToys 17-ci filialını möhtəşəm bir tədbirlə Dəniz Mall-da açdı! Tədbirdə RR Band Şou, Sehrbaz Anar Əliyev, DJ Şou, Face-Art, Santa Klauslar və dünya futbolunun əfsanələri Ronaldo və Messinin maskotları iştirak edərək qonaqlara unudulmaz anlar yaşatdılar. Uşaqlar üçün müxtəlif oyunlar keçirildi və qaliblərə hədiyyələr təqdim olundu.
Şəhər həyatında sürətli, rahat və ekoloji cəhətdən təmiz bir nəqliyyat vasitəsi axtarırsınızsa, SuperToys firmasının elektron skuterləri tam olaraq sizə uyğundur!
Supertoys olaraq, uşaqlar üçün ən keyfiyyətli və əyləncəli oyuncaq məhsullarını təqdim etməyə davam edirik. Ancaq bugün Sederek Oyuncaq Alemi haqqında danışmaq istərdik – uşaqların yaradıcılığını inkişaf etdirən, təhsil verici və ən əyləncəli oyunları bir araya gətirən bir dünyadır. Əgər uşaqlarınız üçün ən yaxşı məhsulları axtarırsınızsa, Sederek Oyuncaq Alemi sizin üçün mükəmməl bir seçimdir.
SuperToys şirkəti 15 Sentyabr Bilik Gününə özəl olaraq "Oxu, Qızım!" layihəsi çərçivəsində Yardımlı kənd məktəblərinə baş çəkdi. Layihənin məqsədi qız uşaqlarının təhsilə cəlb olunmasını təşviq etmək və ailələri maarifləndirmək idi. Görüşlər zamanı qız uşaqlarına təhsilin əhəmiyyəti izah olundu, valideynlərlə söhbətlər aparıldı və onların övladlarını təhsilə yönləndirməsi üçün motivasiya verildi. SuperToys gələcəkdə də bu cür sosial layihələr həyata keçirməyi planlaşdırır.
Uşaqlar üçün oyuncaqlar onların inkişafında mühüm rol oynayır. Məqalədə yaş qruplarına uyğun oyuncaq seçimləri, onların faydaları və valideynlərə məsləhətlər təqdim olunur. Eyni zamanda, 28-30 mart 2024-cü il tarixində keçirilən Beynəlxalq Oyuncaq Sərgisində SuperToys-un iştirakı, əyləncəli fəaliyyətlər, hədiyyələr və milli velosiped brendi olan Toba haqqında məlumat verilir.